Moskvada Qələbə paradının məşqləri başlayıb 
    
                          
     
                         18.04.2022
 
    
                        11 min hərbçinin iştirakı ilə Moskvanın Alabino rayonunda 9 May Qələbə Günü paradının məşqləri keçirilib.
"DM" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Qırmızı Meydandakı parada hazırlıq işlərinə ümumilikdə 11 min hərbçi, 131 ədəd müasir silah və hərbi texnika, 77 təyyarə və helikopter cəlb edilib”.