05 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya donanması parad keçirəcək

18.04.2022

Mayın 9-da Murmansk və Severomorsk şəhərlərində Qələbənin 77-ci ildönümünə həsr olunmuş hərbi paradlara 1,3 mindən çox şəxs və 62 hərbi-tarixi texnika cəlb olunacaq.

Bu barədə Şimal Donanmasının mətbuat xidməti məlumat yayıb.

"Murmanskdakı parad dəstəsinə 774 nəfər daxildir, onlardan 510-u Rusiya Müdafiə Nazirliyinin nümayəndələridir. Hərbi qulluqçularla yanaşı, paradda regionun digər hüquq-mühafizə orqanları və idarələrinin nümayəndələri, Murmansk naximovçuları və Yunarmiya hərəkatının Ümumrusiya Uşaq və Gənclər Hərbi Vətənpərvər İctimaiyyətinin iştirakçıları olacaq”, - məlumatda deyilir.

Qeyd olunur ki, Murmanskdakı paradda mexanikləşdirilmiş kolon tarixi T-34 tankı, "Bal” və "Bastion” sahil raket kompleksləri, S-400 "Triumf” zenit-raket kompleksləri, müasir T-80 BVM tankları, zirehli transportyorlar ilə təmsil olunacaq.

Şimal Donanmasının Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Ordusunun aviasiya texnikasının hava paradı Böyük Vətən müharibəsi illərində Sovet Arktikasının Müdafiəçilərinin Murmansk abidəsi üzərində əvvəllər müəyyən edilmiş marşrut üzrə keçiriləcək:

"Severomorskda parad heyətinin tərkibində 573 nəfər yürüş edəcək”.