05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Həbsdə olan direktor kimlərdən rüşvət alıb?

18.04.2022

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının həbsdə olan direktoru Eynulla Novruzovun kimlərdən rüşvət aldığı məlum olub.

"DM" Report-a istinadən xəbər verir ki, cinayət işinin materiallarında qeyd edilib ki, o, 15 may 2018-ci il tarixdən 1 yanvar 2020-ci il tarixədək Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının rəhbər vəzifəsində işləyib.

Bildirilib ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİH) başçısı vəzifəsində işləmiş, hazırda həbsdə olan Ceyhun Cəfərov və RİH-in başçısının birinci müavini olmuş Tacəddin Novruzovla cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq korrupsiya şəbəkəsi yaradıblar. O, 2018-ci ilin may ayında T.Novruzovla RİH-in inzibati binasındakı xidməti otağında görüşüb. Daha sonra aralarında müəyyən olunan razılığa əsasən, həmin aydan başlanmaqla hər ay 3 000 manat məbləğində pul vəsaitini özünün tabeliyində olan işçilərdən yığıb.

Belə ki, E.Novruzov əvvəl tabeçiliyində işləyən Doğum şöbəsinin müdiri Afaq Kərimova və həmin şöbənin həkimləri - Dürdanə Qismət qızı Hüseynova, Vəfa İlqar qızı Soltanovaya, habelə Poliklinika şöbəsinin müdiri Sabir Əlibəy oğlu Novruzov, Terapiya şöbəsinin müdiri Rafiq Şamil oğlu Baxışov və Cərrahiyyə şöbəsinin müdiri Məhəmmədemin Baba oğlu Yunusova rüşvət qismində işçilərdən pul vəsaiti yığılmasına dair tapşırığını çatdırıb.

O, həmin şəxslərdən və onlar vasitəsilə xəstəxanada işləyən həkimlərdən, o cümlədən, Mərdanov Ağaismayıl Şamil oğlu, Yaqubov Ağamirzə Akif oğlu, Səfərov Aslan Əlisa oğlu, Abdulhəlimov Cabbar Heybət oğlu, Əzizov Rasim Maşalla oğlu, Məmmədov Taryel Teymur oğlu, Hidayətov Vidadi Cəlal oğlu, Muradov Vidadi Kərim oğlu, Hacıyeva Vüsalə Nizami qızı, Əhmədova Xatirə İslam qızı, Kərimova Soltanxanım Tofiq qızı, Cəfərova Ellada Bayram qızı, İsmayılov İlham İslam oğlu, Kərimov Ramil Vaqif oğlu, Mustafayev Səbinə Qərib qızı, Məmmədov Cavanşir Babasəmid oğlu, Yaqubov Akif Ağamirzə oğlu, İbrahimov Elşən Ağaibrahim oğlu olmaqla, ümumilikdə 18 həkimdən 50-100 manat məbləğində pul vəsaiti yığıb.

E.Novruzov Terapiya şöbəsinin müdiri Rafiq Baxışovdan, Cərrahiyyə şöbəsinin müdiri Məhəmmədemin Yunusovdan, Poliklinika şöbəsinin müdiri Sabir Novruzovdan, Afaq Kərimova, Dürdanə Hüseynova və Vəfa Soltanovadan hər birindən yığılan 3 000 manat məbləğində pulu 2018-ci ilin may ayından 2019-cu ilin may ayınadək olan müddətdə T.Novruzova onun xidməti otağında ümumilikdə 36 000 manat məbləğində pul verib.

Habelə, cinayətkar şəbəkə üzvləri ilə aralarındakı ümumi niyyətə uyğun olaraq, 2019-cu ilin may ayında T.Novruzovun otağında növbəti aydan hər ay verilən məbləğin 1 000 manat artırılıb, 4 000 manat olacağı E.Novruzova bildirilib.

Eyni qaydada o, Rayon Mərkəzi Xəstəxanasının kollektivindən hər ay 4 000 manat pul toplanıb. 2019-cu ilin may ayından 2020-ci ilin yanvar ayınadək olan müddətdə T.Novruzova xidməti otağında ümumilikdə 32 000 manat pul verib.

Bundan başqa, E.Novruzov 2018-ci ilin may ayından 2020-ci ilin yanvar ayınadək olan müddətdə isə 68 000 manat pulu əlbir olduğu T.Novruzov və C.Cəfərova rüşvət qisimində verib.

Qeyd edək ki, C.Cəfərov və digərlər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir RİH-də keçirilən əməliyyat zamanı saxlanılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C. Cəfərovla T.Novruzov hər biri 8 il 6 ay və E.Novruzov isə 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.