05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynada iki gündür humanitar dəhlizlər açılmır

18.04.2022

"Bu gün təəssüf ki, humanitar dəhlizlər olmayacaq”.

Bunu Ukrayna baş nazirinin müavini, reinteqrasiya naziri İrina Vereşçuk teleqramda yazıb.

Onun sözlərinə görə, Ukrayna tərəfi Mariupol, Berdyansk, Tokmak, Enerqodardan humanitar dəhlizlərin açılması üçün uzun və mürəkkəb danışıqlar aparıb. Baş nazirin müavini bildirib ki, həmçinin Xerson və Luqansk vilayətlərinin yaşayış məntəqələri üzrə də aparılıb:

"Bununla belə, Rusiya işğalçıları beynəlxalq humanitar hüququ pozaraq humanitar marşrutların qarşısını kəsməkdən və atəşə tutmaqdan əl çəkmirlər.

Ona görə də təhlükəsizlik baxımından bu gün humanitar dəhlizlərin açılmaması qərara alınıb. Biz humanitar dəhlizlərin mümkün qədər tez işə salınması üçün hər cür səy göstərəcəyik”.

Xatırladaq ki, ötən gün də humanitar dəhlizlərin açılmasına nail olunmayıb.