30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Le Penin pul mənimsədiyi üzə çıxıb

18.04.2022

Fransa prezidentliyinə namizəd, ultra-sağçı Marin Le Pen Avropa Birliyinin (AB) Korrupsiyaya qarşı Mübarizə Ofisi (OLAF) tərəfindən Avropa dövlət fondlarından külli miqdarda pul mənimsəməkdə ittiham olunub.

"DM" xəbər verir ki, bu barədə "Mediapart” saytı məlumat yayıb.

OLAF Le Pen də daxil olmaqla, partiyanın Avropa Parlamentinin (AP) 3 sabiq deputatını təxminən 600 min avro dövlət pulunu mənimsəməkdə günahlandırıb.

İttiham edilən digər üç deputat Le Penin atası Jan-Mari Le Pen, Louis Aliot və Bruno Qollnişdir.

Həmçinin martın 11-də Paris Prokurorluğuna təqdim edilən hesabatda Marin Le Pen 2004-2017-ci illər arasında Avropa Parlamentinin üzvü olduğu müddətdə Strasburq Parlamentindən təxminən 137 min avro dövlət pulunu mənimsəməkdə ittiham olunub.