30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenski: “Donbası yer üzündən silmək istəyirlər”

18.04.2022

"Dünya işğalçıların Ukraynanın cənubundakı Xerson və Zaporojye bölgələrindəki fəaliyyətlərinə reaksiya verməlidir”.

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

Ukrayna lideri həmçinin Rusiya ordusunun əsirlər üçün işgəncə otaqları yaratdığını vurğulayıb:

"Yerli idarəçilər və bəzi dərnəklərin liderləri qaçırılırlar. Müəllimlər şantaj edilirlər, pensiyaları müsadirə olunur. Humanitar yardımlar qarət olunur. İnsanlar aclığa sürüklənirlər”.

V.Zelenski Rusiya qoşunlarının ölkənin qərbinə hücuma hazırlaşdığını bildirib:

"Sözün əsl mənasında Mariupolu məhv elədikləri kimi, Donbası da məhv etmək istəyirlər”.

Mənbə: Haber Global