ABŞ bu ölkəyə 1 milyard dollarlıq silah verəcək 
    
                          
     
                         15.04.2022
 
    
                        ABŞ Nigeriyaya təxminən 1 milyard dollar dəyərində döyüş texnikası satışını təsdiqləyib.
"DM" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Təşkilatı açıqlama yayıb.
Açıqlamada ABŞ-ın Nigeriyaya 997 milyon dollar dəyərində "AH-1Z Cobra" hücum helikopterləri də daxil olmaqla döyüş texnikası satışına icazə verdiyi bildirilib.
Satılan silahlar Boko Haram və "Qərbi Afrika İslam dövləti" terror qruplaşmasına qarşı istifadə olunacaq.