30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lavrovla Mirzoyan arasında telefon danışığı olub

15.04.2022

Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan xarici işlər naziri Ara Mirzoyan arasında telefon danışığı baş tutub.

"DM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Nazirlər Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıb, regionda nəqliyyat kommunikasiyalarının açılması və Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasını vurğulayıblar. Həmçinin Rusiyanın dəstəyi ilə İrəvan və Bakı arasında sülh sazişinin razılaşdırılması perspektivlərinə də toxunulub”, - məlumatda qeyd olunub.