Rudenko Polad Bülbüloğlu ilə görüşüb 
    
                          
     
                         15.04.2022
 
    
                        Rusiya xarici işlər nazirinin müavini Anatoli Rudenko Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşüb.
"DM" xəbər verir ki, bu barədə Rusiya XİN-in məbuat xidməti məlumat yayıb.
"Görüşdə bu il fevralın 22-si Rusiya və Azərbaycan arasında imzalanmış müttəfiqlik haqqında bəyannamənin müddəalarının yerinə yetirilməsi kontekstində ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunub”, - XİN-in məlumatında deyilir.
Görüşdə, həmçinin üçtərəfli bəyannamənin icrası ilə əlaqəli regional problemlərə toxunulub.