30 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Amerikalı konqresmenlər Kiyevə səfər ediblər - FOTO

15.04.2022

ABŞ Konqresinin respublikaçı senatoru Stiv Deyns və Nümayəndələr Palatasının üzvü Viktoriya Sparts Kiyevə, həmçinin Ukrayna paytaxtının ətrafındakı bölgələrə səfər ediblər.

Onlar fevralın 24-də Rusiyanın genişmiqyaslı hərbi əməliyyatları başlamasından bu yana Ukraynaya səfər edən ilk ABŞ rəsmiləri olublar.

"Əslində burada olmağı, olanları öz gözlərinizlə görməyi, müharibədən əziyyət çəkən insanlar və liderlərlə vaxt keçirməyi heç nə əvəz edə bilməz. Ümid edirəm ki, səfərimiz daha çox ABŞ rəsmisini və liderlərini gəlib Ukrayna xalqını dəstəkləməyə təşviq edəcək”, - deyə S.Deyns bildirib.

Qeyd olunur ki, S.Deyns və V.Sparts Ukrayna hakimiyyəti tərəfindən dəvət olunub. Amerikalı parlamentarilər Kiyevdən əlavə Buça və Borodyankaya da səfər ediblər.

Mənbə: The New York Times