02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşayeva Özbəkistan Ali Məclisinində görüşlər keçirib

15.04.2022

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və onun başçılıq etdiyi nümayəndə heyəti Özbəkistan Respublikası Ali Məclisi Qanunvericilik Palatası sədrinin müavini, Özbəkistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Əlişir Kadırov, Elm, təhsil, mədəniyyət komitəsinin sədri və komitəsnin üzvləri ilə görüşüb.

"DM" xəbər verir ki, görüşlərdə tarixən bir-birinə bağlı olan, dili bir, dini bir xalqlarımız və qardaş dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlərdən, parlamentlərarası əlaqələrdən, eləcə də mədəniyyət, təhsil və elm sahəsində günü gündən güclənən əlaqələrdən danışılıb.

Qardaş ölkələrimiz arasında mədəni əlaqələrin günü-gündən inkişaf etdiyini bildirən Komitə sədri Özbəkistanın ayrı-ayrı vilayətlərində hər il keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərini qardaş ölkələrimizin mədəni mübadiləsini gücləndirən, yeni layihələrin, ideyaların meydana çıxmasına vəsilə olan hadisələr kimi dəyərləndirib.

Komitə sədri vitse-spikerə Qarabağ motivli xatirə hədiyyəsi və Azərbaycan həqiqətləri ilə bağlı kitablar təqdim edib.