04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

5 gün qaz olmayacaq

11.09.2018

Sentyabrın 11-dən etibarən 5 gün müddətində Bərdə, Tərtər, Ağdam, Füzuli, Beyləqan və Ağcabədi rayonlarının qaz təchizatı dayandırılacaq.
"Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, Yevlax rayonunun isə rayon mərkəzi daxil olmaqla bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Qaz təchizatının dayandırılması Qərb regionu üzrə inzibati rayonların ərazilərində yerləşən qaz təchizatçılarının fasiləsiz və etibarlı şəkildə təbii qazla təmin edilməsi, həmçinin şəbəkənin qaz nəqletmə imkanının artırılması məqsədilə "Qaz İxrac” İdarəsinin balansında olan yeni çəkilmiş mövcud diametri 1020 mm-lik "Qazıməmməd-Qazax” (I xətt) magistral qaz xəttinin 182-210 km-lər arası hissəsinə birləşdirilməsi ilə əlaqədardır.
"Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.