02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu döyüş müharibənin taleyini dəyişəcək

15.04.2022

Ukraynada genişmiqyaslı müharibənin növbəti günləri və həftələri logistika döyüşünə çevriləcək.

Bunu Britaniya hərbi kəşfiyyatının keçmiş rəhbəri, hava marşalı Fil Ozborn deyib.

"Rusiya ordusu Donbasda qeyri-mütənasib qüvvələr yaratmağa və Ukrayna hərbçilərini xeyli üstələməyə çalışır. Rusiya Mariupolu ələ keçirmək istəyir, çünki onun qoşunları şərqdəki hücumu dəstəkləmək üçün məhz oradan şimala doğru hərəkətə başlamaq niyyətindədir”, - kəşfiyyatçı bildirib.

Ozborn qeyd edib ki, Ukrayna hərbçilərinin problemi şərqə lazımi sayda silah və texnikanı zamanında çatdıra bilməməsi olacaq:

"Donbasdakı döyüş gələn ay müharibənin taleyini təyin edəcək”.