02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Moldovalı diplomat Ukraynaya yardıma görə Azərbaycana təşəkkür edib

15.04.2022

"Dost Azərbaycan ölkəsi yenə də Moldovaya bu çətin zamanda yardım edir”.

Bu sözləri Moldovanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Nikolae Kojuhar bəyan edib.

Onun sözlərinə görə, Rusiyanın genişmiqyaslı hərbi əməliyyatları nəticəsində Ukraynada yaranan vəziyyətlə əlaqədar 400 min ukraynalı Moldovadan keçməklə digər ölkələrə yerləşdirilib.

"Amma hazırda 100 min ukraynalı Moldova ərazisindədir. Bu, Moldova əhalisinin dörd faizidir”, - deyə o bildirib.

Diplomatın sözlərinə görə, ukraynalı məcburi köçkünlərin ehtiyaclarının qarşılanması məqsədilə Azərbaycan dövləti tərəfindən dərman vasitələrindən ibarət bir milyon dollarlıq (1,7 milyon manat) humanitar yardım bu gün Moldovaya yola salınıb.

O, bu çətin vəziyyətdə Azərbaycan Respublikası tərəfindən edilən yardıma görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

"Bu, ölkələrimiz arasında dost münasibəti bir daha təsdiqləyir”, - deyən diplomat bu dostluğun daha da möhkəmlənəcəyini vurğulayıb.