09 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türk komandosu 2 saatda 70 terrorçunu məhv etdi + VİDEO

03.02.2018

Dövran MediaYenişəfəq qəzetinə istinadla bildirir ki, bu gecə Türk komandoları "Zeytun Budağı" əməliyyatının 14-cü günündə strateji əhəmiyyəti olduqca önəmli olan Darmıq dağını da terrorçulardan geri alıb. 100 nəfərlik xüsusi təyinatlılar, gecə 12:00-da çox sürətlə hərəkət edərək 2 saat ərzində 70 terrorçunu məhv edib. Səhər açılana kimi komandolar "Türk millətinə ərməğandır" sloqanıyla türk bayrağını Darmıq dağına sancıblar. Öldürülən terroçuların arasında çoxlu sayda snayperçilər də olub. Əməliyyata Azad Suriya Əsgərləri qatılmayıb. Sadəcə 100 nəfər heyətdən ibarət komando birliyi iki saatlıq əməliyyatı heç bir itki vermədən bitirə bilib.
DM