02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Arestoviç Moskvanı vurmaqla HƏDƏLƏYİB

14.04.2022

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiya Müdafiə Nazirliyinin Kiyevdəki hökumət binalarını atəşə tutmaq imkanları barədə təhdidlərinə cavab verib.

"Ukrayna cavab zərbəsi endirəcək”, - deyə müşavir "Feyqin Live” kanalına müsahibəsində bildirib.

A.Arestoviçin sözlərinə görə, Ukrayna belə vəziyyətə hazırdır, çünki Kremldən hər şey gözləmək olar:

"Üstəlik, onların xarakterini bildiyim üçün heç şübhəm yoxdur ki, onlar sülh sazişinin bağlanmasına son gündə zərbə vuracaqlar, bu Kremldir. Amma onlar həm də qərarların qəbul olunduğu rəhbər orqanlara zərbə vuracaqlarını bildiriblər. Yəni, Ukraynanın hərbi idarəçilik orqanları, hüquq-mühafizə orqanlarının bütün mərkəzi aparatları təhlükə altındadır. Bəlkə də, Ali Rada, Nazirlər Kabineti, ola bilsin ki, Prezident Aparatı da... Biz buna hər zaman hazırıq”.

A. Arestoviç həmçinin Rusiyanı qisasla hədələyib və qeyd edib ki, Ukraynanın Moskvaya zərbə endirmək üçün əla imkanları var.

"Əgər istəyirsinizsə, gəlin gərginliyi artıraq”, - deyə A.Arestoviç vurğulayıb.

Mənbə: UNİAN