02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Vətən müharibəsində yaralanan 259 nəfər xarici ölkələrə müalicəyə göndərilib"

14.04.2022

Xaricə müalicəyə göndərilmiş Vətən müharibəsi qazilərinin sayı açıqlanıb.

"DM"-nın xəbərinə görə, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib ki, Vətən müharibəsi dövründə sağlamlığını itirmiş 259 nəfər xarici ölkələrə müayinə və müalicəyə göndərilib.

Aprelin 14-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yaradılmasının 30-cu ildönümünə həsr olunan tədbirdə danışan nazir həmin şəxslərin böyük əksəriyyətinin müalicəsini başa vuraraq Vətənə qayıtdıqlarını diqqətə çatdırıb.

O qeyd edib ki, Azərbaycan Prezidentinin müvafiq fərmanının tələblərinə əsasən 1997-ci ilin 2 avqust tarixinə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 17 995 şəhadətnamə elektron informasiya alt sisteminə yerləşdirilib.

General-polkovnik Z.Həsənov Vətən müharibəsi zamanı yaralıların döyüş meydanından təxliyə olunması, 11 110 nəfərə tibbi yardımın göstərilməsi və tezliklə sağalması üçün əllərindən gələni edən tibb işçilərinə təşəkkürünü bildirib.

Müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları aidiyyəti üzrə çatdırıb, tibb xidmətinin daha da təkmilləşdirilməsi ilə bağlı göstərişlər verib.