02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fransa demokratiyası: Le Penə etiraz edəni sürüyüblər

14.04.2022

Dünən prezidentliyə namizəd, ultra-sağçı Marin Le Penin keçirdiyi mətbuat konfransında onun köməkçiləri yalnız plakat qaldırmaqla etiraz edən xanımı sürüyərək salondan çıxarıblar.

"DM" xəbər verir ki, Fransa mətbuatı hadisənin görüntülərini paylaşıb.

Qeyd edək ki, Le Pen prezident seçiləcəyi təqdirdə Fransanın NATO-nun hərbi qanadından çəkiləcəyini, ölkəsinin Rusiya ilə yaxınlaşacağını qeyd edib. Le Pen prezident seçkilərinin 10 apreldə keçirilən birinci turunda topladığı 23,3% səslə Makrondan sonra ikinci yerdədir. Seçkinin ikinci turu 24 apreldə keçiriləcək.

Xanım etirazçı yalnız Putinlə Le Penin ürək formasında olan birgə şəklini qaldırmaqla, fransız siyasətçinin rus diktatora sevgisinə qarşı çıxıb. Onun hansısa etiraz səsləndirməməsinə, təhqir və nalayiq hərəkətlərə yol verməməsinə baxmayaraq, mühafizəçilər xanımı yerə yıxıb, salondan sürüməklə çölə çıxarıblar.