02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Asan məsələ deyildi, biz bunu bacardıq - Rektor

14.04.2022

Azərbaycan Dillər Universitetində (ADU) İlham Əliyevin son prezident seçkisində (11 aprel 2018-ci il) qalib gəlməsinin 4-cü ilinə həsr olunmuş "Azərbaycanı zəfərə aparan Lider” mövzusunda konfrans keçirilib.

"DM" xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları Elman Nəsirov, Tamam Cəfərova, Vüqar İsgəndərov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və digər qonaqlar iştirak edib.

ADU-nun rektoru, xalq yazıçısı, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib.

K.Abdulla ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin dövləti, xalqı Zəfərə aparan lider olduğunu qeyd edib:

"Bu gün Azərbaycan özünün ən güclü, ən inamlı və ən uğurlu illərini yaşayır. 44 gün davam edən Zəfər salnaməmizlə Müzəffər öndərimiz Azərbaycanın gücünü, potensialını bütün dünyaya sübut etdi. Bütün dünya bu gün Azərbaycan xalqının həm mədəniyyətini, həm intellektual səviyyəsini, həm döyüş bacarığını, həm onun diplomatik gücünü gördü və bir daha biz öz bildiyimiz adekvat həqiqətimizi dünyaya çatdırdıq. Dünyanın son dərəcə qarışıq bir dövründə bu işi bacarmaq asan məsələ deyildi. Biz bunu bacardıq, Ali Baş Komandan İlham Əliyevin sayəsində, şəhidlərimizin sayəsində, qazilərimizin sayəsində, xalq olaraq yumruq kimi birləşib böyük tarixi qələbəmizə imza atdıq. Cənab Prezident uzaqgörən siyasəti, müdrik addımları və cəsarətli qərarları ilə Azərbaycanı daha da gücləndirdi, Azərbaycanın haqq işini bütün dünyaya çatdıra bildi. Ali Baş Komandan sübut etdi ki, o, xalqın yanındadır və xalq da hər zaman onun yanındadır”.

Daha sonra qonaqlar çıxış ediblər və Prezident İlham Əliyevin xalqımız və dövlətimiz üçün tarixi və misilsiz xidmətlərini qeyd ediblər.