02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qarabağda fındıq plantasiyaları yaradıla bilər

14.04.2022

İşğaldan azad edilən rayonlarda fındıq plantasiyaları yaradıla bilər.

 Bunu "Aqrarco” MMC-nin baş icraçı direktoru Cavid Kazımov deyib.

Onun sözlərinə görə, bununla bağlı aidiyyəti qurumlara müraciət göndərilib və məsələyə baxılır.
"İşğaldan azad edilən rayonların torpağı əlverişlidir və aldığımız rəylər kifayət qədər müsbətdir. Təbii ki, su ilə bağlı müəyyən məsələlər var. Bildiyiniz kimi, fındıq əsasən dağətəyi ərazilərdə bitir. Yəni ən yaxşı məhsulu dəniz səviyyəsindən 200 metr yüksəklikdə əldə etmək olar. Misal üçün Qarabağın dağətəyi rayonlarında, Zəngilanda, Kəlbəcərdə və s. Burada kifayət qədər ciddi məhsul əldə etmək üçün lazımı şərait var. Biz bu məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etmişik və onların cavablarını gözləyirik”, – deyə Cavid Kazımov qeyd edib.