04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

11 sentyabr - terrordan 17 il keçir

11.09.2018

Bu gün Amerikada baş verən 11 sentyabr hadisələrinin 17-ci ildönümüdür. Bu terror aktı Amerika Birləşmiş Ştatlarının tarixində baş verən ən böyük faciələrdəndir.  2001-ci ilin 11 sentyabrında Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin binaları partladılmışdı. Hadisələr nəticəsində 2976 nəfər həlak olmuş, 6 mindən çox insan yaralanmışdı. Bu faciə bütün amerikalıları sarsıtdı. 11 sentyabr terror aktları Əl-Qaidə terror təşkilatı tərəfindən ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirdiyi silsilə əməliyyatlardan idi. Bundan sonra ABŞ beynəlxalq terrorçuluqla mübarizə adı altında əvvəlcə Əfqanıstan və daha sonra İraqa qarşı hərbi əməliyyatlara başladı.