28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Medvedçukun xanımı Ərdoğandan yardım istəyib - Video

14.04.2022

Çox hörmətli cənab Ərdoğan, mən Ukraynanın müxalifət lideri, xalq deputatı Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenko sizə kömək üçün müraciət edirəm. Yoldaşım cənab Zelenskinin şəxsən göstərişi ilə 12 apreldə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən qanunsuz şəkildə yaxalanıb və hazırda naməlum yerdə girov kimi saxlanılır. Əvvəl mənim yoldaşımı siyasi proseslə bağlı mühakimə etməyə cəhd etdilər. Ərim heç bir qanunu pozmayıb. Bütün baş verənlər Ukrayna qanunvericiliyinə və beynəlxalq hüquqa ziddir. Yoldaşımın zorla saxlanılmasını mən terrorun hökrmanlığı kimi qəbul edirəm.

"Devran Media" xəbər verir ki, bu sözləri Oksana Marçenko Yutub kanalında həyat yoldaşı Viktor Medvuçukun azad edilməsi ilə bağlı Rəcəb Tayyib Ərdoğana ünvanladığı video müraciətdə deyib.

Marçenko Türkiyə prezidentindən bu məsələdə öz nüfuzundan istifadə etməyi xahiş edib:

"Cənab Prezident, siz sülh dialoqu ilə çıxış edirsiniz. Siz bir neçə dəfə mənim ölkəm Ukraynanın və Rusiyanın dostu olduğunuzu deyibsiniz. Mən buna inanıram. Türkiyədə dedikləri kimi, "dost dar gündə tanınar” və mənim ailəm, uşaqlarım üçün bu dar gün gəlib. Mən Viktorun həyatı üçün çox qorxuram. Sizin çox böyük nüfuzunuz var. Sizə hörmət edirlər və qulaq asırlar. Cənab Prezident, sizdən öz təsir imkanlarınızdan ərim Viktor Medvedçukun azad edilməsi üçün istifadə etməyinizi xahiş edirəm”.