04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

33 yeni peşə ixtisası yaradılıb - Nazir

11.09.2018

Əmək bazarının dəyişən və artan tələbləri nəzərə alınaraq, bu il 33-ü yeni ixtisas olmaqla, ümumilikdə 168 ixtisas üzrə peşə təhsili mərkəzlərinə tələbə qəbulu həyata keçirilir.
"Dövran Media" xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, bu il ölkədəki bütün "Asan xidmət” mərkəzləri vasitəsilə peşə təhsili müəssisələrinə sənəd qəbulu həyata keçirilib.
Sənəd qəbulunun hazırda da davam etdiyini deyən nazir indiyədək 15 mindən çox gəncin sənəd verdiyini xatırladıb.
C.Bayramov qeyd edib ki, hazırda Azərbaycan və Koreya hökumətlərinin birgə kredit layihəsi çərçivəsində ölkəmizdə Sənaye və İnnovasiyalar üzrə Peşə Tədris Mərkəzinin bazasında yeni, 8 istiqaməti əhatə edən, dünya səviyyəli, müasir peşə tədris mərkəzinin yaradılması üçün işlər aparılır:
"Bu ilin yanvar ayında təməlqoyma mərasimi olub. 2019-cu ilin yay aylarında layihəyə start verilməsi gözlənilir”.