28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qaxda qarın hündürlüyü 17 santimetrə çatıb

14.04.2022

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 14-ü saat 10:00-a olan məlumata əsasən, bəzi şimal və qərb rayonlarında hava şəraiti yağıntılı olub.

Sarıbaşda 23.0 mm, Daşkəsəndə 9.0 mm, Kişçayda (Şəki) 8.0 mm, Göygöldə 5.0 mm, Gədəbəydə 2.0 mm qar yağıb.

Qar örtüyünün hündürlüyü: Sarıbaşda (Qax) 17 sm, Daşkəsəndə 15 sm, Göygöldə 4 sm olub.

Şəkidə 10.0 mm, Tovuzda 6.0 mm, Balakən, Zaqatalada 5.0 mm, Ağstafa, Naftalanda 3.0 mm, Gədəbəy, Gəncədə 2.0 mm, Şəmkir, Ceyrançöl, Ağdam, Oğuz, Tərtər, Qəbələ, Mingəçevir, Yevlax, Şahdağda 1.0 mm-dək yağış yağıb.

Aprelin 13-ü gün ərzində şimal-qərb küləyi Ağdamda 22 m/san, digər rayonlarda, o cümlədən Bakıda və Abşeron yarımadasında 15-20 m/san külək qeydə alınıb.

Aprelin 14-də gün ərzində mülayim cənub-şərq küləyi əsəcək, 15-16-da isə arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.