28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda “Kalaşnikov” satmaq istəyən şəxs ələ keçib - FOTO

14.04.2022

Bakıda "Kalaşnikov” markalı avtomat və 30 ədəd patron satmaq istəyən şəxs saxlanılıb.

Sabunçu rayonu Ramana qəsəbəsində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Bakı Şəhər Polis İdarəsinə əvvəllər dəfələrlə məhkum olunmuş Aqil Abbasovda silah olması barədə əməliyyat məlumatı daxil olub.

İdarənin Cinayət Axtarışı İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxs qısa zamanda saxlanılıb və onun əlindəki idman çantasına baxış zamanı bir ədəd "Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb.

Aqil Abbasov odlu silah-sursatı bir müddət əvvəl tapdığını, polisə təhvil verməyərək satmaq məqsədi ilə gizlətdiyini bildirib.

Faktla bağlı toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib araşdırmalar davam etdirilir.