28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dollar kreditinə görə əmisi ilə arvadını xəstəxanalıq edib

14.04.2022

Goranboy rayonunda oğlan əmisi və arvadını döyüb.

Ülvi Babayev əmisi Aqil Babayevin adına dollarla kredit götürüb və devalvasiyaya baxmayaraq banka pulu tam ödəyib. Dollara görə vətəndaşa kompensasiya qaytarılan zaman A.Babayev və onun həyat yoldaşı Mənzurə Sarıyeva Ü.Babayevə pulu qaytarmayıblar.

Nəticədə onlar arasında mübahisə baş verib. Ü.Babayev əmisini və onun həyat yoldaşını döyərək müxtəlif bədən xəsarətləri yetirib.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə məlumat daxil olub:

"Məlumatla bağlı Goranboy RPŞ-də müvafiq araşdırmalar həyata keçirilir. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.