28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı nazir yeni vəzifəyə təyin olunub

14.04.2022

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev yeni vəzifəyə təyin olunub.

"DM" xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının prezidenti olan R.Nəbiyev Beynəlxalq Cüdo Federasiyasının nəzdində yaradılmış Yeni Texnologiyalar və Yüksək Məhsuldarlıq Komissiyasının sədri olub.

Komissiya idmançıların yüksək performans nümayiş etdirməsi üçün onların xeyrinə müasir texnologiyalar, onların tətbiqi və icrası ilə məşğul olacaq.

Bu komissiyanın direktoru isə gürcüstanlı idmançı, məşqçi və menecer kimi cüdoda böyük təcrübəyə malik David Kevxişvili təyin edilib.

Yeni komissiyanın həm sədri, həm də direktoru cüdonu təbliğ etməyə, bu idmanın inkişafına kömək etməyə və onu idmançıların şəxsi inkişafı, eləcə də cəmiyyətin xeyrinə müasir bir vasitə kimi inteqrasiya etməyə çalışacaq.