01 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Misirdə turistləri daşıyan avtobus yandı: Xarici vətəndaşlar həlak oldular

13.04.2022

Misirdə xarici vətəndaşları daşıyan avtobus qəzaya uğrayıb.

Hadisə ölkənin cənubundakı turistik bölgədə - Asuan şəhərində baş verib.

Qəza nəticəsində dördü fransalı, biri belçikalı, beşi misirli olmaqla 10 sərnişin həlak olub.

Bundan əlavə, səkkizi fransız və altısı belçikalı olmaqla, daha 14 nəfər yaralanıb.

Bildirilir ki, səhər tezdən turistləri daşıyan avtomobil Əbu Simbel məbədlərinə aparan səhra yolunda avtomobillə toqquşub. Bundan sonra avtobus alışmağa başlayıb və tamamilə yanıb.