01 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya indi də Mariupolda parada hazırlaşır

13.04.2022

Rus ordusu uğurlu xüsusi əməliyyat olacağı təqdirdə mayın 9-da Mariupolda parad keçirməyi planlaşdırır.

Bunu Mariupol şəhər şurasının sədr müavini Pyotr Andryuşenko deyib.

"İvaşenko (özünü Mariupolun "meri” elan edən – red.) paradı təmin etmək üçün şəhərin mərkəzi dairəsinin bir hissəsini dağıntılardan və ölənlərin cəsədlərindən təmizləmək əmri alıb. Bütün məlumatlara əsasən, rus ordusu xüsusi əməliyyatda uğur qazanacağı təqdirdə mayın 9-da Mariupolda qələbə paradı keçirməyi planlaşdırır”, - o bildirib.

Qeyd edək ki, ötən ay Rusiyanın Kiyev şəhərində qələbə paradı keçirəcəyi iddiaları yayılmışdı.