01 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əkrəm Əylisli 44 günlük savaşda ermənilərə yardım edib?

13.04.2022

Mənim ermənilərlə heç bir əlaqəm yoxdur. Bu iddia heç cür sübut oluna bilməz. İnsanın bu dərəcədə aşağı səviyyəyə düşməsini gözləməzdim. Bunu deyən kimdir? Onu mən heç tanımıram. Bu elə söhbətdir ki, deməyə söz də tapmıram. Belə insanları adətən məhkəməyə verirlər, deyirlər, gəl sübut et ki, mən bunu harda, kiminlə etmişəm? Amma mən məhkəmələrlə işi olan adam deyiləm. Heç bu sifarişli şeyə də oxşamır. Çox mənasız, fantastik bir şeydir. Bu ağıla və əxlaqa sığmaz çox alçaq böhtandır.

Bu sözləri Əkrəm Əylisli Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun İkinci Qarabağ müharibəsində onun ermənilərə maddi yardım etməsiylə bağlı iddialarına cavab olaraq deyib.

Qeyd edək ki, ötən gün bu iddianı Qarabağ qazisi sosial şəbəkə hesabında yazıb. Əkrəm Əylislini ağır sözlərlə təhqir edən jurnalist onun 44 günlük müharibə zamanı Qarabağ ermənilərinə pul yardımı etdiyini bildirib.