04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Akar ABŞ-dan F-16-ların tədarükü ilə bağlı prosesi müsbət qiymətləndirib

13.04.2022

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ-dan F-16 qırıcılarının tədarükü ilə bağlı məsələyə münasibət bildirib.

"DM" xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki, Türkiyənin F-16-lara ehtiyacı var.

"Bununla yanaşı, əlimizdəki F-16-ların da modernləşdirilməsi lazımdır. Bununla bağlı "Xarici Hərbi Satış” (Foreign Military Sales) çərçivəsində proses başlayıb”, - Hulusi Akar vurğulayıb.

Nazir qeyd edib ki, bu proses ABŞ Müdafiə Nazirliyi və Dövlət Departamenti ilə koordinasiya edilir.

Hulusi Akar Konqresdən ünvanlanan suala ABŞ Dövlət Departamentinin verdiyi cavabın yer aldığı məktubla bağlı sualı da cavablandırıb.

"Məktubda bəzi pozitiv məqamlar var, lakin ehtiyatlı olmaq lazımdır. Bu, uzun bir prosesdir, arzumuz odur ki, müsbət nəticələnsin”, - müdafiə naziri əlavə edib.