05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pentaqon Ukraynaya görə silah istehsalçılarını toplayır

13.04.2022

Pentaqon ABŞ-ın ən yaxşı səkkiz silah istehsalçısının liderlərini qəbul edəcək.

Məqsəd Rusiya ilə müharibə illərlə davam edərsə, sənayenin Ukraynanın silah ehtiyaclarını ödəmək qabiliyyətini müzakirə etməkdir.

Anonimlik şərti ilə "Reuters”ə verilən məlumata görə, görüşdə təchizatla yanaşı, daha uzunmüddətli müharibənin planlaşdırılmasının müzakirə ediləcəyi gözlənilir.

Pentaqonun Satınalma və Dəstək Ofisi 90 dəqiqəlik görüş keçirəcək. Mənbələrdən biri bildirib ki, müdafiə nazirinin müavini Ketlin Hiksin də iştirakı gözlənilir.

Pentaqondan bildirilib ki, ən faydalı silahlar Vaşinqton və müttəfiqlərinin Ukraynaya "demək olar ki, hər gün” çatdırdığı "Javelin” tank əleyhinə raketləri və "Stinger” zenit raketləri kimi kiçik sistemlərdir.

Mənbə: Ukrainskaya Pravda