05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə kəşfiyyat rəisinin Bakı səfəri: keçid sürətlənir

13.04.2022

Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi, hərbi, hərbi-texniki sahədə də əlaqələr artan dinamika nümayiş etdirir. Artan dinamika qarşılıqlı səfərlər, təlimlər və görüşlərdə özünü büruzə verir. Türkiyə Baş Qərargahının Kəşfiyyat rəisi, korpus generalı Rafət Dalkıranın ölkəmizə səfəri və keçirilən görüşlər də bunun təzahürüdür.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspertin sözlərinə görə, Prezident İlham Əliyevin türk ordu modelinə sürətli keçidlə bağlı verdiyi tapşırığın yerinə yetirilməsi üçün qardaş ölkə ilə mütəmadi iş aparılır:

"Türkiyə dünyada ən güclü orduya sahib dövlətlərdəndir. Ölkələrimiz arasında uzun müddətdir ki, hərbi sahədə çox yaxın əməkdaşlıq var və hazırda qardaş ölkəmiz təcrübəli hərbi kadrların yetişdirilməsində Azərbaycana öz töhfəsini verir. İkinci Qarabağ müharibəsi də Türkiyənin ordu modelinin çox effektiv olduğunu bizə göstərdi. Şuşa Bəyannaməsi ilə isə bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlıq tamam yeni bir mərhələyə qədəm qoyub. Cənab İlham Əliyev də müharibədən sonra türk ordu modelinə sürətli keçidlə bağlı çox ciddi tapşırıq verib. Müdafiə Nazirliyi isə sözügedən tapşırığın yerinə yetirilməsi və qoyulan hədəfə çatmaq üçün Türkiyə Müdafiə Nazirliyi ilə aktiv əməkdaşlıq edir. Bu əməkdaşlığın bəhrəsi kimi Azərbaycanda yeni "Komando” hərbi hissələrinin və onların şəxsi heyətinin formalaşdırılmasında nail olduğumuz irəliləyişləri xüsusi qeyd etməliyik. Türkiyə Respublikası Baş Qərargahının Kəşfiyyat rəisinin ölkəmizə səfərinin də Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında uyğunlaşdırmaları, türk ordu modelinə keçidi sürətləndirmək məqsədi daşıdığını düşünürəm. Digər bir önəmli məqsəd isə Müdafiə nazirliklərinin kəşfiyyat sahəsində əlaqələrinin dərinləşdirilməsi və qarşılıqlı məlumat mübadiləsi məsələlərinin genişləndirilməsi, gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsidir”.