05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda marşrut sürücüsü yol boyu siqaret çəkir - Video

13.04.2022

Bakının "Nərimanov” metrosundan "Gənclik” metrosu istiqamətinə doğru hərəkət edən 90 VX 916 dövlət nömrə nişanlı 67 nömrəli avtobusun sürücüsü sükan arxasında siqaret çəkib.

Bu barədə görüntüləri Axar.az-ın əməkdaşı bu gün səhər saat 08:42-də qeydə alıb.

Sürücünün pandemiya qaydalarını pozması və maska taxmaması da növbəti qayda pozuntusudur.

Qeyd edək ki, ictimai nəqliyyatda sərnişinlər bu kimi hallarla tez-tez rastlaşır. Sürücülər əsasən iradlara məhəl qoymadan vətəndaşlara kobud cavab verir.

Bakı Nəqliyyat Agentliyi isə bu istiqamətdə nəzarəti gücləndirmək əvəzinə sərnişinlərdən və mediadan yalnız "fakt” istəyir. "Fakt” - mütləq video və fotolu olmalıdır, çünki BNA avtobuslarında "kamera” yazılsa da, onun qeydlərinə baxmaq kimsənin ağlına gəlmir.