02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kremlin Ukrayna üçün hazırladığı ssenari ifşa olundu

12.04.2022

Rusiya Qərbi Ukraynada "xalq respublikaları” yaratmağı planlaşdırırdı, lakin Ukrayna Təhlükəsizlik Xidməti bunun qarşısını alıb.

"DM" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, "xalq respublikaları”nı yaradacaq qrup üzvlərindən biri istintaqla əməkdaşlığa razılaşıb. O bildirib ki, qrup 2021-ci ilin yayında konstitusiya quruluşunu dəyişmək üçün işə başlayıb. Ona rus kəşfiyyatının istefada olan zabiti yaxınlaşıb və o, sxemin təşkilatçısı olub. Rus zabiti Ukraynada yeni demokratiya yaratmaq niyyətini açıqlayıb və əgər hazırkı hökumət özü istefaya getməsə, o zaman qrup hərbi ssenariyə keçəcəkdi. Onlar hakimiyyəti ələ keçirmək üçün keçmiş ATO hərbçilərindən olan 500 yaraqlını cəlb edib, onları silahla təmin etməli idilər.

Planın həyata keçirilməsi Rusiyanın Ukraynada başlatdığı müharibə ilə üst-üstə düşməli idi, lakin şəbəkə ifşa olunub və onun təşkilatçısı və əsas şəxsləri martın əvvəlində İvano-Frankovski və Xmelnitski bölgələrində ələ keçiriliblər. İştirakçılardan biri günahını etiraf edib və təşkilatçının əleyhinə ifadə verib. Bununla bağlı materiallar məhkəməyə göndərilib.