02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda ana və iki övladı itkin düşdülər

12.04.2022

Şəhər sakini D.V. 10 yaşlı qızı və altı yaşlı oğlu ilə birlikdə evdən çıxıb və qayıtmayıblar.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, həmin şəxslərin yaşadıqları evdən çıxaraq bir daha geri dönməmələri barədə Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat daxil olub:

"Hazırda həmin şəxslərin tapılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir. Axtarışın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.