04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Cavid Qurbanov: "İslamı xurafata çevirmək olmaz"

10.09.2018

"Dəmiryolçular dini məsələdə ayıq-sayıqdırlar".
"Dövran Media"nın məlumatına görə, bunu Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Dəmir Yolları QSC-nin birgə keçirdiyi "Dini ekstremizm-ictimai təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” adlı tədbirdə deyib.
C.Qurbanov qeyd edib ki, hər şeyi düzgün qəbul etmək lazımdır, xurafata inanmaq olmaz. QSC sədri bildirib ki, İslam bir elmdir və dinə elmi yanaşmaq lazımdır, İslamı xurafata çevirmək olmaz:
"Azərbaycan müstəqil və azad ölkədir. Ayıq-sayıq olmaq, dövlətin yanında olmaq və inkişafa doğru getmək lazımdır. Azərbaycanda dini azadlıq var və bunu düzgün qiymətləndirmək, dinə düzgün əməl etmək lazımdır”.
C.Qurbanov hər kəsə səslənərək dini məsələdə diqqətli olmağı tövsiyə edib.