09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Allahşükür Paşazadə Türkiyəyə gedir

12.04.2022

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 13-16-da Türkiyə Respublikasında səfərdə olacaq.

QMİ-nin mətbuat xidmətindən bildiriblər ki, səfərin məqsədi aprelin-15-də İstanbulda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dini Liderlərinin Şurasının ilk – təsis toplantısını keçirməkdir. Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevin rəhbərliyi ilə keçiriləcək tədbirdə şeyxülislam Allahşükür Paşazadə Şuranın təqdimatı məruzəsi ilə çıxış edəcək.

Türkiyə Respublikasının Diyanət İşləri Başqanlığının dəvəti ilə həyata keçirilən səfər dövründə QMİ sədri Türkiyə Diyanət işləri başqanı Ali Erbaş və türk dövlətlərinin dini liderləri ilə məsləhətləşmələr aparacaq, Ayasofya məscidində Cümə, Əyyub Sultan məscidində Təravih namazlarında birgə iştirak edəcəklər.