01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda qəza: 35 min abonent qazsız qaldı

12.04.2022

Bu gün səhər saatlarında betonqarışdırıcı avtomobil magistral qaz kəmərini zədələyib.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, avtomobilin qaz xətti üzərindən kənarlaşdırılmasından və işin gedişindən asılı olaraq bu gün saat 13:00-dan etibarən "Keşlə” QPS-dən qaz təchizatı dayandırılıb.

"Təmir müddətində Xətai rayonu üzrə (Y. Səfərov, Babək prospekti, Xocalı prospekti, Nobel, F.Bayramov, S.Vəzirov, M.Mehdizadə, İ.Orucov, NZS qəsəbəsi, UPD yaşayış sahəsi, Aşıq Qurban, Mingəçevir və Süleyman Əhmədov küçələri) 35 000 abonentin qaz təchizatı məhdudlaşdırılıb, Nəsimi rayonu üzrə isə (Azadlıq prospekti, 28 May, Dilarə Əliyeva, Nizami, Xəqani) 20 000 abonentin qaz təchizatının alternativ mənbələrdən təmin olunması imkanlarının mövcudluğuna baxmayaraq, qaz təchizatında müəyyən zəiflik ola bilər.

Hazırda təmir işləri aparılır, yaxın saatlarda qaz təchizatındakı fasilənin aradan qaldırılması planlaşdırılır”, - məlumatda deyilir.