01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yaxın tarixdə “Bakı KOB evi”nin fəaliyyətə başlaması nəzərdə tutulur

12.04.2022

Yaxın tarixdə "Bakı KOB evi”nin fəaliyyətə başlaması nəzərdə tutulur və hazırda son tamamlama işləri aparılır.

"Devran Media”nın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İkişafı Agentliyinə (KOBİA) istinadən verdiyi məlumata görə, bunu Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun keçirilən növbəti iclasında bildirib.

"Bakı KOB evi”ndə 130-a yaxın xidmət masasında sahibkarlara "G2B” və "B2B” xidmətlərin göstərilməsi nəzərdə tutulur. Burada həmçinin, startaplar üçün mərkəz, mediasiya mərkəzi və KOB inkişaf mərkəzi fəaliyyət göstərəcək", - O. Məmmədov qeyd edib.

Agentliyin sədri bildirib ki, hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla iki KOB evinin fəaliyyət göstərdiyini və burada indiyədək sahibkarlara 88 mindən çox xidmətin göstərildiyini bildirib.

Qeyd olunub ki, KOB evlərində göstərilən xidmətlərdən sahibkarların məmnunluq səviyyəsi 99 % təşkil edir. Yevlax və Xaçmaz KOB evlərinin təcrübəsi sahibkarlar üçün KOB evlərinin vacib platforma olduğunu deməyə əsas verir.

İclasda çıxış edən Koordinasiya Qrupunun sədri, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində sistemli və ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son zamanlar imzalanmış sənədlər, qəbul edilmiş qərarlar sahibkarlığın inkişafına göstərilən dəstəyin göstəricisidir. Sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması baxımından KOB evlərinin fəaliyyətinin önəmini diqqətə çatdıran Niyazi Səfərov bu sahədə dövlət qurumlarının birgə fəaliyyətinin önəmini vurğulayıb.

İclasda KOB evlərinin fəaliyyəti, "Bakı KOB evi”nin yaradılması və burada dövlət qurumlarının fəaliyyətinin təşkili məsələləri müzakirə olunub.

Məlumat üçün qeyd edək ki, Koordinasiya Qrupu sahibkarlığın inkişafı siyasətinin əlaqələndirilməsi, KOB evlərində sahibkarlıq subyektlərinə xidmət göstərilməsi zamanı dövlət qurumları ilə KOBİA arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 21 sentyabr 2018-ci il tarixli Qərarı ilə yaradılıb. Koordinasiya Qrupunda sahibkarlara müxtəlif xidmətlər göstərən 30-a yaxın dövlət qurumunun nümayəndəsi təmsil olunur.