28 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mərkəzi Bankın İdarə Heyətinə yeni üzv təyin edildi

12.04.2022

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinə yeni üzv təyin edilib.

"DM" xəbər verir ki, bununla bağlı parlamentin bu gün keçirilən plenar iclasında Taleh Kazımovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.

Məsələ barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. Komitə sədri Taleh Kazımovun iş təcrübəsi və peşə keyfiyyətləri barədə məlumatları deputatların diqqətinə çatdırıb. Onun ölkənin bank sistemindəki xidmətlərindən, əldə etdiyi nailiyyətlərdən bəhs edib.

T.Mirkişili Mərkəzi Bank və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi arasında sıx əlaqələrin olduğunu, bir sıra məsələlərin həllində faydalı əməkdaşlıq etdiklərini qeyd edib və bunun gələcəkdə uğurla davam edəcəyini söyləyib.

Sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.