Ukraynada Rusiya qvardiyasının zabiti öldürüldü  
    
                         .jpg) 
     
                         12.04.2022
 
    
                        Rusiya Quru Qoşunlarının 42-ci motoatıcı qvardiya diviziyasının 291-ci motoatıcı alayında xidmət edən polkovnik-leytenat Dibir Dibirov Ukrayada hərbi əməliyyatlar nəticəsində ölüb.
"DM" xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Bildirilib ki, 291-ci motoatıcı qvardiya alayı Çeçenistanın Borza yaşayış məntəqəsində yerləşir. Qeyd olunub ki, D.Dibirov Suriyada Bəşər Əsədə sadiq qüvvələr sırasında döyüşüb. Onun dinc sakinləri öldürdüyü bildirilir.