28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynada tutulan iş adamı: 15 ilimi verin çıxım gedim

11.04.2022

Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"DM" Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə vəkil bildirib ki, o, mart ayında ekspertiza keçirilməsi ilə bağlı verdiyi vəsatət baxılmamış saxlanılıb. Vəkil xahiş edib ki, həmin vəsatətə baxılsın.

Hakim bildirib ki, indiki mərhələdə baxılması mümkün deyil. Sənədlərin tədqiqi mərhələsində vəsatətə baxılacaq.

Prosesdə Maqsud Mahmudov etiraz edib. O bildirib ki, vəsatətə baxılmır və proses uzadılır: "Niyə uzadırsınız? Əgər baxmaq istəmirsinizsə, 15 ilimi verin çıxım gedim".

Qeyd edək ki, M.Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.