25 08 2025-cu il Bakı 31 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

“Rusiya-Ukrayna müharibəsində iştirak edən Azərbaycan vətəndaşları cəzalandırılacaqlar”

11.04.2022

Rusiya-Ukrayna müharibəsində iştirak edən Azərbaycan vətəndaşları cəzalandırılacaqlar.

Bu barədə Milli Məclisin deputatı Fazil Mustafa xəbərdarlıq edib.

Bununla belə o vurğulayıb ki, əgər azərbaycanlı Rusiya və ya Ukrayna vətəndaşıdırsa, bu ölkələrin qanunlarına uyğun olaraq orduya çağırılıbsa, yaxud könüllü dəstələrdə döyüşürsə, o zaman Azərbaycan qanunları ilə heç bir məsuliyyət daşımır.

"Ancaq Azərbaycan vətəndaşıdır və digər ölkənin ordusu, yaxud könüllülər dəstəsinə qoşularsa, müvafiq olaraq məsuliyyət daşıyacaq”, - deyə parlamentari yerli media nümayəndələri ilə söhbətində bildirib.

Qeyd edək ki, Azərbaycan öz vətəndaşlarına xarici dövlətlərin silahlı qüvvələri sıralarında xidmət etməyi, müqavilə əsasında, yaxud muzdlu hərbi qulluqçu kimi xidmət etməyi qadağan edir.

Mənbə: Sputnik