28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Finlandiya və İsveçin NATO-ya daxil olma vaxtı məlum oldu

11.04.2022

Ukraynaya girməklə Rusiya böyük strateji səhvə yol verdi. İndi daha iki Avropa ölkəsi bu yay NATO-ya üzv olmağa hazırdır. Söhbət Finlandiya və İsveçdən gedir.

Bu barədə "The Times” öz mənbələrinə istinadən məlumat yayıb.

ABŞ rəsmiləri deyirlər ki, NATO xarici işlər nazirləri arasında keçən həftə danışıqların və bir neçə sessiyanın mövzusu İsveç və Finlandiyanın alyansa üzvlüyü olub.

Vaşinqton NATO-nun üzvlərinin sayını 30-dan 32-yə qədər genişləndirəcək bu addıma ümid edir. Bu perspektiv Rusiyanın Ukraynaya təcavüzünün birbaşa nəticəsi adlandırılır.

"Bu, Putinin böyük strateji səhvindən başqa nə ola bilər?”, - deyə yüksək rütbəli amerikalı məmurlardan biri deyib.

İyun ayında Finlandiyanın, daha sonra isə İsveçin müraciət edəcəyi gözlənilir.

Neytral statusa malik Finlandiya və İsveç ilk dəfə olaraq Norveçdə Alyansın "Soyuq cavab” kimi tanınan təlimlərində iştirak etmək üçün birgə briqada yaradıb. Təlimlər çoxdan planlaşdırılsa da, fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsi hadisələri sürətləndirilib.

"Təhlükənin mövcudluğunu qəbullanmamaqla sadəlövhlük etmiş olarıq. Bütün Avropada təhlükəsizlik vəziyyəti dəyişib. Biz bunu etiraf etməli və uyğunlaşmalıyıq”, - deyə isveçli zabit Stefan Nordstrom təlimi şərh edib.

Finlandiyanın Rusiya ilə 1300 km sərhədi var. Finlandiya prezidenti Sauli Niiniste martın 28-də bildirib ki, o, yeni üzvlərin qəbulu ilə bağlı prinsiplər və addımlar barədə ətraflı məlumat almaq üçün NATO-nun baş katibi Yens Stoltenberqə müraciət edib. Xarici işlər naziri Pekka Haavisto bildirib ki, Finlandiya hakimiyyəti NATO-nun 30 üzvünün demək olar ki, hamısı ilə mümkün üzvlük məsələsini müzakirə edib və aprelin ortalarına qədər məsələni parlamentə təqdim edəcək.

Mənbə: Segodnya