27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yaralı ukraynalıları Almaniyaya daşımaq üçün xüsusi reys hazırlanır

11.04.2022

Bundesver (Almaniya Silahlı Qüvvələri) yaralı ukraynalıları Almaniyaya daşımaq üçün xüsusi reys hazırlayır.

Almaniya Hərbi Hava Qüvvələrinə məxsus "Airbus A310 MedEvac” təyyarəsi Kölndən (Şimali Reyn-Vestfaliya federal bölgəsi) Polşanın cənub-şərqindəki Jeşuv şəhərinə uçmalı və oradan uşaqları və böyükləri müalicə üçün Almaniyaya çatdırmalıdır.

Bu müharibə başlayandan bəri ilk belə uçuş olacaq. Halbuki əvvəllər yaralı ukraynalı əsgərlər müalicə üçün artıq Almaniyaya gətirilirdi.

Hazırda Almaniyada Ukraynadan olan 300 mindən çox qaçqın rəsmi qeydiyyatdadır.

Mənbə: TASS