27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çeçenlər Donetskdə darmadağın edildilər - Foto

11.04.2022

Ukrayna ordusu Donetsk vilayətində çeçenlərdən ibarət hərbi birləşmələri məhv edib.

"DM" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Komandanlığı məlumat yayıb.

Bildirilib ki, Cənub Hərbi Dairəsinin 58-ci ordusunun 42-ci motoatıcı diviziyasının 70-ci motoatıcı alayının 1-ci alay taktiki qrupunun hərbçiləri öldürülüb. Bu bölmənin daimi dislokasiya yeri Çeçenistan Respublikasının Şali rayonunda yerləşir.

Qeyd olunub ki, alay taktiki qrupunun komandiri qərargah rəisi ilə birlikdə PDM-3-də məhv edilib.

Komandanlıq bildirib ki, məhv edilən bölmənin tərkibində Suriyada mülki insanların qətlində iştirak etmiş hərbçilər də olub.

Ukrayna hərbçiləri bölmənin darmadağın olduğu yerdən görüntülər də paylaşıb.