28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəhid ailələri və müharibə əlillərinə verilən mənzillərin sayı açıqlanıb - VİDEO

11.04.2022

"Şəhid ailələri və müharibə əlillərinə yönələn sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə artırılması təmin edilib. Həmçinin şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib”.

Bunu "Sosial islahatların uğurları, bu islahatlara beynəlxalq baxış və mükafatlar” mövzusunda keçirilən mətbuat konfransında Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.

O bildirib ki, keçən il onlara 3 min mənzil, ümumilikdə ötən dövrdə 12500-dən çox mənzil və ya fərdi ev verilib. Son 4 ildə də 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili minik avtomobili ilə təmin edilib.

Nazir müavini əlavə edib ki, 2021-ci ildə 16 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunub ki, bu da proqramın icrasına başlanıldığı 2017-ci illə müqayisədə 13,8 dəfə çoxdur:

"Ümumilikdə son 4 ildə və cari ilin ilk rübündə 44 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib”.