29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

FHN: Ötən sutka 46 yanğına çıxış olub - VİDEO

11.04.2022

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 46 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Nazirlikdən verilən məlumata görə, ötən sutka ərzində 7 nəfər, o cümlədən Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində dənizdə batma təhlükəsi olan 1 nəfər və Şəki şəhərində "Niva” və "Mercedes-Benz” markalı iki minik avtomobilinin toqquşaraq yol kənarında dayanan "Hyundai” markalı minik avtomobilinə çırpılması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib.