29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Makron Le Peni qabaqladı – Rəsmi nəticə

11.04.2022

Fransada prezident seçkilərinin birinci turunun ilkin rəsmi nəticələri açıqlanıb.

"DM" xəbər verir ki, Daxili İşlər Nazirliyi seçici səslərinin artıq 60%-nin sayıldığını bildirib.

Hazırkı nəticələrə görə, uktra-sağçı Marin Le Pen 27,07% səslə liderdir, hazırkı prezident Emmanuel Makron isə 26,93% səs toplayıb.

Üçüncü yerdə Jan-Lyuk Melanşon, dördüncü yerdə Erik Zemmur, beşinci yerdə isə Valeri Pekres qərarlaşıb.

***

Sayılan 65 faizlik səs göstəricisinə əsasən, Makron 27,03 faiz səslə önə çıxıb. Le Pen isə 26,88 faizlə ikinci yerdə qərarlaşıb.

***

Seçki bülletenlərinin 80 faizi sayılıb. Son nəticələrə görə, Makron 27,31 səslə liderdir. Le Pen isə 25,70 səslə geridədir.

***

Səslərin 85 faizi sayılıb. Son məlumata görə, E.Makron 27,39 faiz səslə seçkilərə liderlik edir.

***

Fransada keçirilən prezident seçkilərində səslərin artıq 97 faizi sayılıb.

Son məlumata görə, hazırki prezident Emmanuel Makron 27.6 faiz, Marin Le Pen isə 23.41 faiz səs toplayıb.

Qeyd edək ki, "ekzit-poll”un nəticəsinə görə, ikinci tura Makron (28,5) və Le Pen (24,2%) keçib.